sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Orban: "Rusiya-Ukrayna münaqişəsi yalnız Putin və Trampın təkbətək görüşü nəticəsində həll oluna bilər"
Rusiya-Ukrayna münaqişəsi yalnız Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın təkbətək görüşü nəticəsində tez bir zamanda həll edilə bilər.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Macarıstanın baş naziri Viktor Orban "Patriota" adlı "YouTube" kanalına müsahibəsində bildirib.
O, dəqiqləşdirib ki, bunun üçün Putin və Tramp arasında telefon danışıqları kifayət etməyəcək: "Əminəm ki, atəşkəs və sülh Rusiya və Amerika prezidentlərinin şəxsi görüşü baş tutarsa, əldə ediləcək. Telefon isə kömək etməyəcək".
Baş nazir hesab edir ki, əgər Rusiya və ABŞ liderləri arasında görüş baş tutmazsa, hərbi əməliyyatlar "daha bir çox ay" davam edəcək.
Oxşar xəbərlər
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub
Putin: Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırıq
Putinlə Orban Ukrayna, Suriya və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Kreml: Orban Putinə Trampın mesajlarını çatdırmayıb
Tramp və Putin arasında telefon danışığı davam edir - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













