sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb
İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb.
“Report” EFE-yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, Valensiya əyalətinin Pedralba bələdiyyəsində daha 3 meyit tapılıb, bir və ya iki nəfər itkin düşmüş hesab edilir. Ölənlərin meyitlərinin axtarışı davam edir.
Bundan əvvəl İspaniyada daşqınlar nəticəsində 211 nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, oktyabrın 29-da İspaniyada yağışlar daşqınlara səbəb olub.
Qeyri-rəsmi məlumatlara görə, qurbanların sayı 500-ə çata bilər.Valensiyada 2 minə yaxın insanın itkin düşdüyü də məlumdur. İspaniya hökuməti 3 günlük matəm elan edib.
Oxşar xəbərlər
İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb
İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb - YENİLƏNİB
İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb - YENİLƏNİB
İspaniyada yağış və daşqınlar nəticəsində ölənlərin sayı 90 nəfəri ötüb - YENİLƏNİB-4
İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 70 nəfəri keçib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













