Avroparlament deputatlarının korrupsiya qalmaqalları haqqında: Qurumun nüfuzunu müdafiə edəcəyik
Avropa Parlamenti deputatların adlarının hallandığı korrupsiya qalmaqallarında zərərçəkmiş tərəfdir və onun rəhbəri qurumun şərəfini müdafiə etmək niyyətindədir.
“Sizinxeber.az”un Avropa bürosunun məlumatına görə, bunu Avropa Parlamentinin sədri Roberta Metsola Brüsseldə Avropa İttifaqı Şurasının iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Son bir neçə ay ərzində parlamentə hüquq-mühafizə orqanları tərəfindən istintaq üçün zəruri olan toxunulmazlıq hüququnun ləğvi ilə bağlı bir neçə sorğu daxil olub.
R.Metsola bildirib ki, Avropa Parlamenti deputatların hər hansı hüquq pozuntusuna yol verməsi barədə faktlar öz təsdiqini tapana qədər onların adlarının ictimaiyyətə açıqlanmaması üçün tədbirlər görəcək.
O, artıq ayrı-ayrı parlamentarilərin nüfuzunun əsassız şəkildə sarsıdılması hallarının baş verdiyini vurğulayıb.
Oxşar xəbərlər
Çin Avropa Parlamentinin deputatlarına qarşı sanksiyaları ləğv etmək qərarına gəlib
Çin Avropa Parlamentinin deputatlarına qarşı sanksiyaları ləğv edib
Çin Avropa Parlamentinin deputatlarına qarşı sanksiyaları ləğv edəcək
AP sədri Avropa Təhlükəsizlik və Müdafiə İttifaqının yaradılmasını təklif edib
Moldova 2028-ci ildə Aİ-yə daxil olmaq üçün maksimim səy göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













