KİV: İran obyektlərinə zərbələr onun nüvə proqramı üzərində nəzarəti çətinləşdirəcək
İsrailin hava zərbələri İranın nüvə proqramına ziyan vurub. Lakin çətin ki, onu tamamilə aradan qaldırsın. Eyni zamanda bu, ölkənin nüvə proqramına beynəlxalq nəzarəti çətinləşdirə bilər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin BMT Təhlükəsizlik Şurasının iclasında verdiyi məlumata görə, Natanzdakı uranın zənginləşdirilməsi zavodunun yerüstü hissəsi zədələnib. Bununla belə, zənginləşdirmənin gerçəkləşdiyi yeraltı zallar zədələnməyib. Eyni zamanda, İsrail digər ərazilərə - İsfahan və Fordoya da hücum edib.
Nəşrin məlumatına görə, İsfahana hücum xüsusilə əhəmiyyətlidir. Çünki bu, İranın uranı sentrifuqa xammalına çevirmək üçün yeganə obyektidir. Bu infrastrukturun itirilməsi yeni zənginləşdirilmiş uranın istehsalını dondura, İranın nüvə potensialını genişləndirmək imkanlarını məhdudlaşdıra bilər.
Oxşar xəbərlər
AEBA İranın nüvə obyektlərindəki vəziyyəti proqnozlaşdırmaqda çətinlik çəkir
İsrail İranın nüvə obyektini vurub
BAEA rəhbəri İranın nüvə obyektlərinə baş çəkib
Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib
AEBA-nın baş direktoru: İranın nüvə silahı hazırladığına dair sübut yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
