KİV: Tramp ABŞ-nin regional münaqişələrə daha çox müdaxilə etməsini istəmir
sizinxeber.az xəbər saytı

KİV: Tramp ABŞ-nin regional münaqişələrə daha çox müdaxilə etməsini istəmir


ABŞ Prezidenti Donald Trampın administrasiyası ötən həftəsonu ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra Tehrandan cavab tədbirləri gözləyirdi və Prezident Vaşinqtonun regional münaqişələrə hərbi müdaxiləsinin gücləndirilməsini istəmir.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ evin nümayəndəsi bildirib.

“Biz bilirdik ki, onlar cavab verəcəklər. Süleymani hadisəsindən sonra onların oxşar cavabı olmuşdu”, – rəsmi şəxs 2020-ci ildə ABŞ-nin hava zərbəsi nəticəsində öldürülmüş İran komandiri Qasım Süleymanini nəzərdə tutaraq qeyd edib.

Rəsmi şəxsin sözlərinə görə, Prezident Donald Tramp, lazım gələrsə, ABŞ-nin hərbi müdaxiləsini gücləndirməyə hazırdır. Tramp bazar ertəsi günorta milli təhlükəsizlik nümayəndələri ilə danışmalı idi və onun mövqeyinin dəyişməsi tamamilə mümkündür.

Oxşar xəbərlər

ABŞ Prezidenti İrana hücumdan sonra xalqa müraciət edib
Ağ ev: Tramp Çin ilə ticarət sazişinə açıqdır
Tramp İranı Amerika zərbələrinə mümkün cavabın nəticələri barədə xəbərdar edib
Pentaqon rəhbəri: Tramp hələ də İranla razılığa gəlməyi düşünür
Ağ Ev: Tramp istənilən yolla Qrenlandiyanı əldə etmək niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər