Tramp: Putinlə İran və Ukraynadakı vəziyyətlə bağlı ətraflı müzakirə apardım
ABŞ Prezidenti Donald Tramp telefonla Rusiya lideri Vladimir Putinlə İran ətrafındakı vəziyyətlə bağlı ətraflı müzakirələr apardığını, Ukrayna məsələsinə də toxunduğunu bildirib.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə Tramp "Truth Sosial”da yazıb.
"Prezident Putin bu gün səhər zəng etdi ki, məni ad günüm münasibətilə çox mehribanlıqla təbrik etsin, ən əsası, onunla çox yaxşı tanıdığı İran haqqında danışdım. Biz ətraflı danışdıq. Rusiya ilə Ukrayna arasındakı vəziyyətə çox az vaxt sərf olundu", - Amerika lideri qeyd edib.
Tramp Putinlə telefon danışığının yekununa əsasən bildirib ki, İran və İsrail arasında münaqişəyə son qoyulması zərurətində onunla həmfikirdir.
"Mənim kimi o da hesab edir ki, İsrail və İran arasındakı bu müharibə bitməlidir. Mən izah etdim ki, onun da müharibəsi bitməlidir", - paylaşımda qeyd olunur.
Oxşar xəbərlər
Tramp: Mənim kimi Putin də hesab edir ki, İsrail-İran müharibəsi bitməlidir
Tramp: Rusiya-Ukrayna müharibəsinin nizamlanması naminə Putinlə danışığa hazıram
Tramp və Putin arasında telefon danışığı davam edir - YENİLƏNİB
Ağ Ev Tramp və Putin arasında telefon danışığı davam edir - YENİLƏNİB
Amerika lideri: Rusiya və Ukrayna çox yaxın vaxtlarda danışıqlara başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













