Netanyahu: İsrail Trampın və ABŞ xalqının açıq dəstəyi ilə İrana hücum edir
sizinxeber.az xəbər saytı

Netanyahu: İsrail Trampın və ABŞ xalqının açıq dəstəyi ilə İrana hücum edir


İsrail Prezident Donald Trampın və bütün ABŞ xalqının açıq dəstəyi ilə İrana qarşı hərbi kampaniya aparır.

"Report"un məlumatına görə, bunu İsrailin Baş naziri Binyamin Netanyahu videomüraciətində deyib.

O vurğulayıb ki, İran İsrail və ABŞ-nin ortaq düşmənidir, buna görə də onun üzərində qələbə hər iki ölkə üçün ortaq olacaq.

"Bu qələbəyə nail olmaq üçün nə etmək niyyətindəyik? Artıq çox şeyə nail olmuşuq. Onların yüksək hərbi komandanlığını zərərsizləşdirmişik. Bizi təhdid edəcək nüvə silahı yaratmaq yarışında ön sıralarda olan yüksək rütbəli texnoloqlarını sıradan çıxarmışıq. Bütün bunları və daha çoxunu etdik, amma başa düşürük ki, hələ görüləcək çox şey var", - Netanyahu bildirib.

"İsrail bunu ABŞ Prezidenti Donald Trampın, Amerika xalqının və dünyanın bir çox başqalarının dəstəyi - aydın dəstəyi ilə edir. Beləliklə, Allahın köməyi və bütün azad cəmiyyətlərin xoş niyyəti və qətiyyəti ilə biz qalib gələcəyik", - İsrailin Baş naziri hesab edir.

Oxşar xəbərlər

Netanyahu: İsrail olmasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edərdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu Trampı İsrailin ən böyük dostu adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail Fələstin tayfalarını HƏMAS-a qarşı döyüşmək üçün cəlb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu İrana xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər