Lavrov: Rusiya İsrailin hərbi əməliyyatını pisləyir
sizinxeber.az xəbər saytı

Lavrov: Rusiya İsrailin hərbi əməliyyatını pisləyir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə telefonla danışıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Söhbət zamanı Lavrov Moskvanın İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması, eləcə də İran və İsrail arasında münaqişənin deeskalasiyasına kömək etmək üçün səyləri davam etdirməyə hazır olduğunu vurğulayıb.

Qeyd olunur ki, söhbət Rusiya və İran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında iyunun 13-də baş tutan telefon danışığının davamı olaraq Tehran tərəfinin təşəbbüsü ilə baş tutub: “Rusiya tərəfi bir daha vurğulayıb ki, Moskva İsrailin İrana qarşı BMT Nizamnaməsi və beynəlxalq hüququ pozmaqla həyata keçirdiyi hərbi əməliyyatı pisləyir”, - bəyanatda vurğulanıb.

Həmçinin bildirilib ki, Lavrov İran ərazisinə endirilən zərbələr nəticəsində çoxsaylı insan tələfatı, o cümlədən mülki şəxslərlə bağlı həmkarına başsağlığı verib.

Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı "Yüksələn Şir" ("Rising Lion") əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri (HHQ) xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib.

Nəticədə İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Məhəmməd Hüseyn Baqeri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Hüseyn Səlami, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri ölüb. Hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.

Öz növbəsində, İran da İsrailə cavab zərbələri endirib.

Oxşar xəbərlər

Lavrov Əraqçi ilə İran-İsrail münaqişəsini müzakirə edib
Putin İran Prezidenti və İsrail Baş naziri ilə telefon danışıqları aparıb
Lavrov iranlı və türkiyəli həmkarları ilə Suriyadakı vəziyyəti müzakirə edib
Lavrov ABŞ dövlət katibinə zəng edib
Putin Pezeşkian və Netenyahu ilə telefon danışığı aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər