İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb
sizinxeber.az xəbər saytı

İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb


İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı Tomer Bar ötən gecə Tehranda zenit-raket komplekslərinin (ZRK) infrastrukturu da daxil olmaqla onlarla hədəfi vurduqlarını açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, Barın açıqlamaları İsrail ordusunun mətbuat xidməti tərəfindən yayılıb.

Onun sözlərinə görə, məqsəd İranın hava hücumundan müdafiə imkanlarını zəiflətmək olub.

“İranda hava üstünlüyü və hərəkət azadlığımızı yaxşılaşdıran operativ və milli əhəmiyyətli bir sıra dəqiq zərbələr həyata keçirdik. Müharibə başlayandan bəri ilk dəfə İsrail ərazisindən 1500 km-dən uzaq məsafədə HHQ Tehran ərazisindəki müdafiə sistemlərinə zərbələr endirib”, - o deyib.

Oxşar xəbərlər

İsrail ordusu İranın iki aviabazasına zərbələr endirdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin müdafiə naziri: "İranın nüvə proqramını pozmaq üçün əməliyyatları davam etdirəcəyik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusunun onlarla qırıcısı "Hizbullah"a zərbələr endirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS-ın HHM qüvvələrinin başçısının öldürüldüyünü açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu Səna hava limanına zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər