Ukrayna deputatı Trampın nümayəndəsinin danışıqlar prosesindən uzaqlaşdırılmasını tələb edib
“ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff danışıqlar prosesindən uzaqlaşdırılmalıdır”.
Sizinxeber.az “strana.ua”ya istinadən xəbər verir ki, bu təkliflə Ali Radanın Xarici Siyasət Komitəsinin rəhbəri Aleksandr Merejko çıxış edib.
O, həmçinin S. Uitkoffun Taker Karlsona müsahibəsində ölkəsi ilə bağlı səsləndirdiyi fikirləri qəbuledilməz adlandırıb.
“Uitkoffun fikirləri təkcə utanc, eləcə də təəssüf doğurmur, həm də onun bacarıqsız və savadsız olmasından xəbər verir. Mən soruşmaq istəyirəm ki, o Trampın, yoxsa Putinin nümayəndəsidir? Onun açıqlamaları bizdə həm də şok effekti yaradıb”.
Qeyd edək ki, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi S. Uitkoff müsahibəsində Ukraynanın Rusiyaya ərazi güzəştlərinin mümkünlüyü barədə fikirlər səsləndirib:
“Ukraynanın ölkəmizi III Dünya müharibəsinə sürükləməsinə imkan verə bilmərik. Bu, mənim yox, Prezident Donald Trampın fikirləridir”.
Oxşar xəbərlər
ISW: Uitkoffun bəyanatları Trampın planlarını pozur
Ağ Ev Trampın xüsusi nümayəndəsinin Moskvaya səfər etdiyini təsdiqləyib
ABŞ dövlət katibinin keçmiş müavini: Trampın Ukrayna planı Putinin təklifləri ilə eynidir
ABŞ rəsmiləri Rusiya tərəfi ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına yola düşür
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

