Aİ Ukraynaya 20 milyard avroluq hərbi yardım paketi ilə bağlı razılığa gələ bilmir
Avropa İttifaqı Ukraynaya 20 milyard avro dəyərində böyük hərbi yardım paketi vermək niyyətindədir.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas danışıb.
Xəbərdə qeyd olunur ki, təklifin bölgüsü ölkələrin ümumi milli gəlirinə əsaslanır və Aİ üzv dövlətlərini üzərlərinə düşən payıverməyə məcbur etmək prinsipinə əsaslanır.
“Politico” isə bu yola qarşı çıxan ölkələrin olduğunu yazır.
Bəzi ölkələr, xüsusilə İtaliya, Portuqaliya və İspaniya bu cür tələbə müqavimət göstərir. Onlar yardım paketini Avropanın müdafiə inkişafını necə maliyyələşdirəcəyi ilə bağlı daha böyük suallarla birləşdirməyə çalışırş
Nəşrin dogər mənbələrdən əldə etdiyi məlumata görə isə tərəddüd edən təkcə yuxarıda adı çəkilən ölkələr deyil. Xüsusilə Fransa və Almaniya da qərar verməyi gecikdirir.
Buna baxmayaraq Paris və Berlin Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə danışıqlarda fəal iştirak edir.
Oxşar xəbərlər
Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım paketi hazırlayır
Borrell: Aİ-nin Ukraynaya hərbi yardımı 43,5 milyard avroya çatıb
KİV: Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım paketi hazırlayır
ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi göndərir
Avropa Komissiyasının Prezidenti Ukraynaya 3,5 milyard avroluq yeni yardım tranşı vəd edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













