“Gender” ifadəsi Gürcüstanda bütün qanunlardan çıxarılacaq
Gürcüstanda qüvvədə olan bütün qanunlardan “gender”, “gender kimliyi” kimi ifadələr çıxarılacaq.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, müvafiq qanunvericilik paketini hakim “Gürcü arzusu” və “Xalqın gücü” partiyalarından olan deputatlar parlamentə təqdim ediblər.
Təşəbbüsə əsasən, “Gender Bərabərliyi Haqqında” qanunun adı dəyişdirilərək “Qadın və kişilərin bərabərliyi haqqında” ediləcək.
Bundan başqa, qanunlardakı “gender məsələləri” ifadəsi “qadınlar və kişilər arasında bərabərlik məsələləri” ilə əvəz olunacaq. “Gender dözümsüzlüyü” ifadəsi isə “qadınlar və kişilər arasında bərabərliyə dözümsüzlik”lə əvəz ediləcək.
Qanunvericilik paketi baxılması üçün parlamentin müvafiq komitələrinə təqdim edilib.
Oxşar xəbərlər
Gürcüstanda QHT-lərin qərar qəbulu proseslərində iştirakı məhdudlaşdırılır
Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib
Noyabrın 25-də Gürcüstanın 11-ci çağırış parlamentində ilk iclas keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
