Baş nazir Frederiksen: Danimarka hakimiyyəti hərbi xərclər üçün pulu haradan alacağını bilmir
sizinxeber.az xəbər saytı

Baş nazir Frederiksen: Danimarka hakimiyyəti hərbi xərclər üçün pulu haradan alacağını bilmir


Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, ölkə hakimiyyəti hələlik müdafiə xərclərini artırmaq üçün vəsaiti haradan əldə edəcəklərini bilmir.

APA “DR” televiziyasına istinadən xəbər verir ki, jurnalistlər Baş nazirdən hökumətin müdafiə xərclərini artırmaq üçün pulu haradan alacağını soruşublar.

“Qısa cavab: hələ bilmirik”, - Frederiksen qeyd edib.

KİV-in məlumatına görə, Danimarka hazırda ÜDM-nin təxminən 2,4%-ni müdafiə xərclərinə sərf edir.

Frederiksen müdafiə xərclərinin artırılmasının yeni məqsəd olmadığını açıqlayıb.

Ölkənin hakimiyyət orqanları son bir neçə ildir bu məsələ ilə məşğuldur.

Oxşar xəbərlər

Danimarkanın Baş naziri: Müdafiə xərclərini artıracağıq
Danimarka Ukraynaya altı F-16 qırıcısı göndərib
İsveç gələn il müdafiə xərclərini 1,3 milyard dollar artıracaq
Danimarka lideri müttəfiqləri Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Ukraynaya icazə verməyə çağırıb
Şimal ölkələrinin liderləri Qrenlandiyanı müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle