Gürcüstanın Baş naziri Marneulidə Novruz Bayramı şənliyində iştirak edib - FOTO
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneulidə Novruz bayramı münasibətilə təntənəli bayram şənliyi təşkil olunub.
Sizinxeber.az-nın Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Ombudsman Levan İoseliani, barışıq və vətəndaş bərabərliyi dövlət naziri Tea Axvlediani, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, eləcə də Gürcüstan parlamentinin deputatları, digər dövlət və hökumət rəsmiləri iştirak edirlər.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze əvvəlcə müxtəlif stendlərə baş çəkərək azərbaycanlılara məxsus mədəniyyət, incəsənət, kulinariya nümunələri ilə tanış olub. Daha sonra rəsmilərin iştirakı ilə bayram tonqalı alovlandırılıb.
Bayram münasibətilə azərbaycanlılara sülh və əmin-amanlıq arzu edən Baş nazir gürcülərlə azərbaycanlılar arasında möhkəm dostluq əlaqələrinin olduğunu vurğulayıb. O, Gürcüstanda möhkəm həmrəyliyə və birliyə nail olunduğunu qeyd edib.
Rəsmi hissədən sonra bayram şənliyi musiqili hissə ilə davam edir. Tədbirdə Azərbaycandan dəvət edilmiş incəsənət xadimləri də iştirak edirlər.


width="220" alt="İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />