Türkiyənin hərbi gəmisi Gürcüstanın ərazi sularına daxil olub
sizinxeber.az xəbər saytı

Türkiyənin hərbi gəmisi Gürcüstanın ərazi sularına daxil olub


Türkiyə Hərbi Dəniz Donanmasının "TCG YILDIRIM F-243 freqat Gürcüstanın ərazi sularına daxil olub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Batumi limanında lövbər atmış hərbi gəminin heyətini Gürcüstan DİN-in Sahil Mühafizəsi Departamentinin direktoru, birinci dərəcəli kapitan Ramaz Papidze, Acarıstan Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze, eləcə də Batumi meri Arçil Çikovani qarşılayıb. Hərbi gəminin qarşılanması mərasimində Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay da iştirak edib.


Səfərin məqsədinn NATO proqramı çərçivəsində Gürcüstan Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin “Oçamçire” və “Dioskuriya” gəmilərinin ikinci səviyyəli özünüqiymətləndirməsini keçirmək olduğu bildirilib.


Qeyd olunub ki, Türkiyə hərbi gəmisi Batumi limanını martın 10-da tərk edəcək.

Oxşar xəbərlər

İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın qaz idxalının 72%-i Azərbaycanın payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: Türkiyə bu gün dünya çapında söz sahibidir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər