Ramil Usubov Gürcüstanın müdafiə naziri ilə strateji əməkdaşlıq əlaqələrini müzakirə edib
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstana səfəri çərçivəsində bu ölkənin müdafiə naziri İrakli Çikovani ilə görüşüb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan MN yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında strateji əməkdaşlıq əlaqələrinin vacibliyini müzakirə ediblər.
Qeyd olunub ki, İrakli Çikovani Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi prosesinə töhfə verməyə davam etməyə hazır olduğunu vurğulayıb.
Tərəflər həmçinin ölkələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.
Görüşdə Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın intensiv şəkildə və illik plana uyğun şəkildə davam etdirildiyi vurğulanıb.
Oxşar xəbərlər
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə ilə ABŞ arasında müdafiə sənayesi əməkdaşlığı müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa müdafiə naziri Ermənistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Türkiyə arasında ekoloji sahədə əməkdaşlıq müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












