Gürcüstanın qaz idxalının 72%-i Azərbaycanın payına düşüb
sizinxeber.az xəbər saytı

Gürcüstanın qaz idxalının 72%-i Azərbaycanın payına düşüb


Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycandan 279 057,09 min ABŞ dolları dəyərində 1 558 505,37 ton qaz idxal edib.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu b arədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, hesabat dövründə Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 19 414,6 min dollaar və ya 6,5%, həcmi isə 64 477,09 ton və ya 3,97% azalıb.

Ötən ilin ilk 11 ayı ərzində Gürcüstan Azərbaycandan 298 471,69 min dollar dəyərində 1 622 982,46 ton qaz idxal edib.

Cari ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın qaz idxalının dəyəri illik ifadədə 4,4% artaraq 388 214,7 min dollara çatıb. Azərbaycan Gürcüstanın ümumi qaz tələbatının 71,88%-ni tədarük edib.

Oxşar xəbərlər

Gürcüstan Azərbaycandan neft idxalını kəskin artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını minimuma endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistan Prezidenti: Füzulidə məktəbin açılışında iştirakımız münasibətlərimizdə parlaq iz buraxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəqəmsal nəqliyyat loqistika informasiya sisteminin konseptual layihəsi hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər