İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib.
Sizinxeber.az-nın Gürcüstan bürosu xəbər verir ki, İrakli Kobaxidze səfər çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlüksizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borellə görüşüb. Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyətinin Borellə görüşdən sonra 8-ci Aİ-Gürcüstan Assosiasiya Şurasının iclasında iştirak edəcəyi bildirilib. İclasda Gürcüstanın Aİ-yə inteqrasiyası, siyasi dialoq və islahatlar, iqtisadi və sektoral əməkdaşlıq, ticarət, həmçinin münaqişənin dinc yolla həlli kimi məsələlərin müzakirə ediləcəyi qeyd edilib.
Qapalı sessiyada Aİ və Gürcüstan nümayəndələrinin xarici və təhlükəsizlik siyasətinə, önəmli regional məsələlərə, təhlükəsizlik və müdafiə sahələri üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparacağı qeyd edilib.
Qeyd edək ki, Kobaxidzenin Brüsseldə NATO baş katibi Yens Stoltenberqlə də görüşü planlaşdırılıb.
Oxşar xəbərlər
NİİM sürücü və sərnişinlərə müraciət edib - VİDEO
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq"
Gürcüstanın qaz idxalının 72%-i Azərbaycanın payına düşüb
Türkiyə ilə ABŞ arasında müdafiə sənayesi əməkdaşlığı müzakirə olunub
DYP: Güclü külək yollarda qəza riskini artırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













