Litva ikili təyinatlı məhsulların ixracına qoyulan qadağaya görə 250 milyon avro itirəcək
sizinxeber.az xəbər saytı

Litva ikili təyinatlı məhsulların ixracına qoyulan qadağaya görə 250 milyon avro itirəcək


Litvada yanvarın 1-dən qüvvəyə minən ikili təyinatlı məhsulların üçüncü ölkələrə ixracına qoyulan qadağa 2025-ci ildə Baltikyanı respublikada biznesi 250 milyon avro itki ilə təhdid edir.

Sizinxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin iqtisadiyyat və innovasiyalar naziri Lukas Savitskas məlumat verib.

“Yeni ixrac məhdudiyyətləri Litva biznesini təxminən 250 milyon avro gəlir əldə etməsinə mane ola bilər”, - nazir vurğulayıb.

Dekabrda keçirilən parlament seçkilərindən sonra istefa verən əvvəlki nazirlər kabineti ikili təyinatlı malların siyahısını bir neçə minə qədər genişləndirib və onların Rusiyaya tədarük ediləcəyindən ehtiyatlanaraq üçüncü ölkələrə ixracını qadağan edib.

Üçüncü ölkələr dedikdə, Avropa İttifaqının üzvü olmayan və Avropa İqtisadi Birliyinin üzvü olmayan dövlətlər nəzərdə tutulur.

Yeni kabinet bu siyahıya yenidən baxmaq niyyətindədir.

Oxşar xəbərlər

Litva ikili təyinatlı məhsulların ixracına qadağaya görə ildə 250 milyon avro itirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Finlandiya Ukrayna üçün sursat alınmasına 30 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Litva tank əleyhinə qumbaraatanların alınması üçün 14 milyon avro dəyərində müqavilə imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa İttifaqı Livan üçün 500 milyon avro ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa İttifaqı Gürcüstan QHT-lərinə 120 milyon avro yönəldəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər