Siyarto Aİ-nin Ukraynaya 6 milyard avro hərbi yardım ayırmaq niyyətində olduğunu açıqlayıb
Aİ liderləri Ukraynaya silah tədarükü üçün 6 milyard avro ayırmağı planlaşdırır.
Sizinxeber.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto sosial şəbəkə hesabında paylaşım edib.
“Gündəliyə daxil edilmiş təkliflərə əsasən, əksəriyyət hələ də yeni reallığı görmür. Aİ liderləri Milad atəşkəsi haqqında düşünmək əvəzinə Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan 6 milyard avro ayırmağı düşünməyi planlaşdırırlar. Bizə yeni silahlar yox, Ukraynada atəşkəs lazımdır!", - nazir qeyd edib.
Siyarto Brüsseldəki görüşdə Gürcüstanın bir sıra dövlət məmurlarına qarşı sanksiyaların tətbiqi məsələsinə baxılmasına da münasibət bildirib: “Gürcüstanın məmurlarını sanksiya siyahısına salmaq istəyirlər, çünki Gürcüstan xalqı özü üçün suveren hökumət seçməyə cəsarət edib”.
Qeyd edək ki, bu gün Aİ nazirlərinin Brüsseldə keçiriləcək görüşündə Gürcüstandakı son vəziyyət, Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla regional məsələlər müzakirə ediləcək.
Oxşar xəbərlər
Avropa İttifaqı Ukraynaya 6 milyard avro hərbi yardım ayırmaq istəyir
Borrell: Aİ-nin Ukraynaya hərbi yardımı 43,5 milyard avroya çatıb
Peter Siyarto Ermənistana səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
