KİV: Kiyev 2025-ci ildə müharibə üçün Qərbdən 120 milyard dollar istəyib
Ukrayna Qərb müttəfiqlərinə 2025-ci ildə hərbi əməliyyatları davam etdirmək üçün ən azı 120 milyard dollara ehtiyacı olduğunu bildirib.
APA xəbər verir ki, NATO-dakı hərbi mənbənin ANSA-ya verdiyi məlumata görə, bu, alyansın Vaşinqtonda keçirilən sammitində razılaşdırılan 40 milyard dollardan xeyli çoxdur.
Onun sözlərinə görə bu məsələ çərşənbə axşamı Brüsseldə Ukrayna xarici işlər nazirinin iştirakı ilə keçiriləcək Ukrayna-NATO Şurasının növbəti iclasında qaldırıla bilər.
NATO-dakı mənbə onu da qeyd edib ki, Kiyevin “Yeddilik Qrupu” ölkələrinin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən ayırmağa razılaşdığı 50 milyard dolları nəzərə alıb-almadığı hələlik bəlli deyil.
O həmçinin bildirib ki, Ukraynaya qoşun yeritmək məsələsi NATO çərçivəsində müzakirə olunmur. Lakin o hansının olduğunu dəqiqləşdirmədən bəzi Avropa paytaxtlarında bu barədə düşünüldüyünü deyib.
Oxşar xəbərlər
Praqada NATO-nun Hərbi Komitəsinin iclası keçiriləcək
Rusiya XİN: NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq
Stoltenberq Ukrayna-NATO Şurasının iclasını çağırır
Stoltenberq: NATO-nun davamlı köməyi ilə Ukrayna qalib gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
-
Azərbaycan bankı BOKT-a çevrildi
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
