Əpl yeni nəsil Ayfon-18 Pro və Ayfon-18 Pro Maks smartfonlarını təqdim edib.

Sizinxeber.az xəbər verir ki, şirkət bununla bağlı təqdimat mərasimi keçirib.

Ayfon-18 Pro 6,3 düymlük, Ayfon-18 Pro Maks isə 6,9 düymlük ekrana malikdir. Telefonlar qara, gümüşü, “buzlaq” və “burqundiya” olmaqla, dörd rəngdə satışa çıxarılacaq.

Smartfonlarda litium-ion batareyanın əvəzinə silikon-karbon akkumulyatorundan istifadə olunub. Belə ki, Ayfon-18 Pro bir dəfə enerji ilə doldurulduqdan sonra 24 saatadək, Ayfon-18 Pro Maks isə 30 saatadək işləyə biləcək.

Satışlara sentyabrın 18-də start veriləcək.