Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Oxu.Az-a verilən məlumata görə, agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanın partlayışı baş verib. Hadisə nəticəsində Anar Həsənov sol ayağından xəsarət alıb.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib, vəziyyəti qənaətbəxşdir.