ABŞ-nin Azərbaycandakı səfirliyində 2001-ci il 11 sentyabr terror hücumları nəticəsində həyatını itirənlərin xatirəsi yad edilib.
Sizinxeber.Az səfirliyin "X" sosial şəbəkəsinə istinadən xəbər verir ki, tədbirdə hücumların qurbanları anılıb.
Səfirlik qeyd edib ki, Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif ölkələri hücumdan sonra ABŞ ilə çiyin-çiyinə dayanıblar.
"ABŞ və Azərbaycan hərbçiləri Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində çiyin-çiyinə xidmət ediblər. Biz qlobal terrorçuluqla mübarizəmizə verdiyi töhfəyə görə Azərbaycana minnətdarıq", - paylaşımda bildirilib.