Kobaxidze ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığa son qoyması qərarını müvəqqəti hal sayıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığa son qoymasına münasibət bildirib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı bunun müvəqqəti olduğunu, hazırkı Ağ Ev administrasiyasının yeni administrasiyaya mümkün qədər ağır miras qoymağa çalışdığını qeyd edib.
“İndiki administrasiya yeni administrasiyaya mümkün qədər ağır bir miras qoymağa çalışır. Bunu Ukraynaya, indi də Gürcüstana münasibətdə edirlər. Bunun əhəmiyyəti olmayacaq, biz yeni administrasiyanı gözləyəcəyik və yeni administrasiya ilə hər şeyi müzakirə edəcəyik. Bu, Salome Zurabişvili kimi müvəqqəti bir fenomendir", - Kobaxidze deyib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti ötən gün davam edən etirazlar və hakimiyyətin Aİ ilə üzvlük prosesini dayandırması fonunda Gürcüstanla Strateji Tərəfdaşlığa son verildiyini açıqlayıb.
Oxşar xəbərlər
Kobaxidze: Gürcüstanın məqsədi 2030-cu ilə qədər Aİ üzvü olmaqdır
Kobaxidze Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırılmasına münasibət bildirib
Kobaxidze: Harrisin qələbəsi Ukraynada müharibəni bir neçə ay uzadacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
