Kobaxidze: Avropalı bürokratlar qrant və kreditlərdən Gürcüstana qarşı şantaj kimi istifadə edirlər
Avropa siyasətçiləri və bürokratlarının ayrılan qrant və kreditlərdən Gürcüstana qarşı şantaj vasitəsi kimi istifadə etdiyini görürük.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
“Biz hamımız 2021-ci il seçkilərinə bir neçə həftə qalmış seçkilərə qeyri-legitim təsir göstərmək üçün Gürcüstana 75 milyon avroluq krediti necə ləğv etməyi planlaşdırdıqlarını xatırlayırıq. Bənzər addım 2024-cü il parlament seçkiləri öncəsi də atılmışdı, lakin bu, gürcü xalqının seçiminə heç bir təsir göstərə bilmədi. Puldan şantaj üçün istifadə etmək özünə hörmət edən gürcü xalqı üçün heç vaxt məqbul olmayacaq təhqiramiz bir təcrübədir” - deyə baş nazir bildirib.
Hökumət başçısı namizəd statusundan da şantaj məqsədilə istifadə edildiyini deyib.
“Namizədin statusu məsələsinin Gürcüstanı şantaj etmək, ölkəyə xaos gətirmək və cəmiyyəti sıxışdırmaq üçün necə istifadə edildiyi hamımızın yadındadır. Ukraynada müharibənin başlaması fonunda Gürcüstanın sülhə ən çox ehtiyacı olduğu bir vaxtda bəzi avropalı siyasətçilər və bürokratlar namizəd statusu mövzusundan istifadə edərək ölkədə inqilab təşkil etməyə cəhd ediblər. Avropa İttifaqından maliyyə alan təşkilatlar sözügedən inqilab cəhdində açıq şəkildə iştirak ediblər. 2 ilə yaxındır ki, namizəd statusu mövzusu Gürcüstanda radikalizmin və qütbləşmənin qızışdırılması üçün əsas vasitə kimi istifadə olunub ki, bu da Gürcüstana qeyri-sağlam münasibəti bir daha göstərir” - deyə İrakli Kobaxidze bildirib.


width="220" alt="Kobaxidze: Gürcüstana qarşı sanksiyalar səmərəsizdir" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />