Azərbaycanda yeni ehtiyac meyarı müəyyənləşir.

Sizinxeber.Az xəbər verir ki, parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihədə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2027-ci il üçün ehtiyac meyarının həddinin 314 manat məbləğində təsdiqi təklif olunur.

Məsələ müzakirədən sonra ilk oxunuşda qəbul edilib.

Xatırladaq ki, ehtiyac meyarı cari il üçün 300 manat təsdiq olunmuşdu.