Zurabişviliyə qarşı impiçment işi Konstitusiya Məhkəməsinə bu həftə təqdim ediləcək  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Zurabişviliyə qarşı impiçment işi Konstitusiya Məhkəməsinə bu həftə təqdim ediləcək - YENİLƏNİB


Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası prezident Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlamaqla bağlı təqdimatını Konstitusiya Məhkəməsinə bu həftə təqdim edəcək.

Sizinxeber.az-nın Tbilisi müxbiri Gürcüstanın ictimai telekanalına istinadən xəbər verir ki, parlamentin 81 deputatının imzaladığı təklifi bir müddət əvvəl Prosessual Məsələlər Komitəsi təsdiqləyib. Konstitusiya Məhkəməsinin işə baxmaq üçün bir ay vaxtı olacaq və təsdiqlənərsə, parlamentdə məhkəmənin hesabatının alınmasından sonrakı iki həftə ərzində impiçmentlə bağlı səsvermə keçirilmədir. Prezidentin vəzifədən kənarlaşdırılması üçün isə hakim partiyaya 150 deputatdan üçdə ikisinin dəstəyi lazım olacaq.

Parlament çoxluğunun üzvü Giorgi Kaxiani impiçment işinin konstitusiya pozuntularının çoxsaylı hallarına əsaslandığını bildirib. O, Konstitusiya Məhkəməsinin əvvəlki qərarına baxmayaraq, Prezidentin hökumətin razılığı olmadan diplomatik danışıqlar aparmağa davam etdiyini və öz nümayəndəlik səlahiyyətlərini aşdığını vurğulayıb. Kaxiani əlavə edib ki, “Gürcü Arzusu” qarşıdan gələn seçkilərdə səs çoxluğu əldə edərsə, prezidentin səlahiyyətlərinin dayandırılması yeni parlament üçün prioritet olacaq.

“Prezident Konstitusiyaya riayət etmək əvəzinə müxalifətlə birləşib və Milli Hərəkatın təşviqatçısı kimi çıxış edir”, - Kaxiani deyib.

Səid Babazadə

***

15:36

Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmentinə dair 81 deputatın imzaladığı daha bir müraciət Konsitutisiya Məhkəməsinə göndəriləcək.

Sizinxeber.az-nın “Sputnik-Georgia”ya istinadən xəbərinə görə, imzaların legitimliyi Parlamentin Prosedur Məsələlər üzrə Komissiyası tərəfindən təsdiqlənib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilini bir sıra ölkələrə hökumətlə razılaşdırılmadan səfər etməklə əsas qanunu pozmaqda ittiham edib. O zaman impiçment prosesinin icrası üçün tələb olunan imzaların toplanması mümkün olmayıb.

72 yaşlı Salome Zurabişvilinin səlahiyyət müddəti 2024-cü ilin dekabrında başa çatır.

Fərid Azəri

Oxşar xəbərlər

Gürcüstan parlamentində Zurabişvilinin impiçmenti yenidən müzakirə ediləcək
Gürcüstan parlamentində Zurabaşvilinin impiçmenti yenidən müzakirə ediləcək
Deputatlar Zurabişvilinin impiçmentinə dair növbəti dəfə məhkəməyə müraciət edəcək
MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək
Gürcüstan Konstitusiya Məhkəməsi prezidentin “Xarici təsirin şəffaflığı” qanunu ilə bağlı vəsatətini rədd edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər