“Volkswagen” ilk dəfə Almaniyadakı zavodlarını bağlaya bilər
sizinxeber.az xəbər saytı

“Volkswagen” ilk dəfə Almaniyadakı zavodlarını bağlaya bilər


Avtomobil istehsalçısı “Volkswagen” Almaniyadakı zavodlarını bağlaya və on minlərlə işçini işdən çıxara bilər.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Qəzet xatırladır ki, sentyabrda şirkət il üçün nəticələrin proqnozlaşdırılandan daha pis olacağı barədə xəbərdarlıq etmişdi.

Konsernin rəhbəri Oliver Blumenin sözlərinə görə, son 15 ildə şirkət hər il lazım olandan 1,5 milyard avro çox xərcləyib.

Əgər şirkət Almaniyadakı zavodlarını bağlamağa məcbur olarsa, bu, konsernin 90 illik tarixində ilk belə hal olacaq.

Bir müddət öncə “Manager Magazin” yazmışdı ki, “Volkswagen” ortamüddətli perspektivdə 30 minə qədər işçisini ixtisar edə bilər.

Oxşar xəbərlər

“Volkswagen” Almaniyadakı zavodlarını bağlamağı nəzərdən keçirir
“Volkswagen” fabriklərini bağlayır, 15 min işçi ixtisara düşəcək
Avropa Liqasında Liqa mərhələsinin I turunun oyunları keçirilib
“Birbank” Ani Ödənişlər Sisteminə qoşulub
“Real Sosyedad” “Kopenhagen”dən Ossi Ouskarssonu transfer edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər