Britaniya Çaqos adaları üzərində davam edən suverenliyindən imtina edəcəyini bildirib
Böyük Britaniya Hind okeanında yerləşən strateji əhəmiyyətə malik Çaqos adaları üzərində yarım əsrdən çox davam edən suverenliyindən imtina edəcəyini bildirib.
Sizinxeber.az xəbər verir ki, razılaşmaya əsasən, Böyük Britaniya Çaqos adalarını Mavrikiyə təhvil verəcək. Bu qərar öz müstəmləkə ərazilərini əldən vermək istəməyən Fransa üçün nümunə olmalıdır.
Dövlətlər keçmiş müstəmləkə ərazilərindən imtina etdiyi bir dönəmdə Fransa hər vəchlə, sahib olduğu dənizaşırı ərazilər üzərində sərt nəzarəti gücləndirməklə müstəmləkəçilik siyasətini yeni üsullarla davam etdirir.
İndiki postmüstəmləkə dövründə Fransanın bu siyasəti keçmiş kaloniyalarını siyasi, iqtisadi, mənəvi-mədəni sahələrdə öz təsiri altında saxlayıb, həmin ölkələrin təbii sərvətlərini mənimsəmək məqsədi daşıyır. Fransanın bu siyasətdən əl çəkməməsi yerli xalqların daha da məhvi ilə nəticələnir.
Lakin, Makron hökuməti anlamalıdır ki, bu yanlış siyasətin nəticəsi yoxdur və o uğursuzluğa düçar olmağa məhkumdur. Nə qədər ki, gec deyil, Fransa dənizaşırı ərazilərin müstəqilik yolundan çəkilməli və öz bədnam siyasətinə son qoymalıdır.
Oxşar xəbərlər
Qəmər Adaları İttifaqının nümayəndəsi: Müstəmləkəçilik Fransanın özünün qanunvericiliyinə də ziddir
Qəmər Adaları İttifaqının rəsmisi: Fransanın ölkəmizdə qeyri-qanuni mövcudluğunun dayandırılması üçün beynəlxalq ictimaiyyət təzyiqləri artırmalıdır
Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı Bakıda konfrans keçirilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
