Ukrayna PA-nın sabiq rəhbəri dövlət əmlakının mənimsənilməsində ittiham olunur
sizinxeber.az xəbər saytı

Ukrayna PA-nın sabiq rəhbəri dövlət əmlakının mənimsənilməsində ittiham olunur


Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) Kiyev yaxınlığında dəbdəbəli tikinti layihələrində 460 milyon qrivnanın yuyulması ilə məşğul olan mütəşəkkil qrupu aşkar edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) mətbuat xidməti məlumat yayıb.

Büro şübhəlinin adını çəkməyib. Lakin bir gün əvvəl internetdə NABU-nun axtarış apardığı və Prezident Administrasiyasının sabiq rəhbəri Andrey Yermaka şübhə ilə bağlı bildiriş göndərdiyi barədə məlumat yayılıb.

NABU-nun məlumatına görə, həmin iş, Ukrayna Cinayət Məcəlləsinin 209-cu maddəsinin 3-cü hissəsi (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (yuyulması) ilə təsnif edilib.

Hazırda təcili istintaq hərəkətləri davam etdirilir.

Oxşar xəbərlər

Ukraynada NABU və SAP-ın müstəqilliyinin bərpası haqqında qanun qəbul edilib
KİV: Zelenski antikorrupsiya qanunu ilə bağlı ABŞ-ın tövsiyələrinə əhəmiyyət verməyib
Ukrayna Ali Radası korrupsiya ilə mübarizə qurumlarının səlahiyyətlərinin bərpasına səs verib
Zelenski: Antikorrupsiya infrastrukturu "Rusiyanın təsiri olmadan" işləyəcək
Ermənistanda icmanın sabiq başçısı dövlətə 454 min dollar ziyan vurmaqda ittiham edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər