Zelenski: Antikorrupsiya infrastrukturu "Rusiyanın təsiri olmadan" işləyəcək
sizinxeber.az xəbər saytı

Zelenski: Antikorrupsiya infrastrukturu "Rusiyanın təsiri olmadan" işləyəcək


Ukrayna prezidenti Volodimir Zelenski kütləvi etirazlardan sonra nəhayət yaranmış vəziyyətə aydınlıq gətirib.

"Sizinxeber.az" xəbər verir ki, dövlət başçısı müraciətini "Telegram" kanalında dərc edib.

Prezident Ukrayna Milli Antikorrupsiya Bürosunun rəhbəri ilə danışdığını bildirib. Onun sözlərinə görə, ölkənin antikorrupsiya infrastrukturu işləyəcək, lakin bu proses "Rusiyanın təsiri olmadan" davam edəcək.

"Bu zaman ədalət daha çox olacaq", - o izah edib.

Ukrayna rəhbəri müraciətində ölkənin qaçaq məmurlarına diqqət çəkib: "Nədənsə bu adamlar xaricdə rahat şəkildə yaşayırlar. Milyardlarla məbləği əhatə cinayət işləri bir neçə ildir "havada asılı qalıb" və bunun rasional izahı yoxdur".

01:10

İyulun 22-də Ukrayna Ali Radası Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun müstəqilliyini faktiki olaraq ləğv edən qanunu qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, qanunun lehinə 263 deputat səs verib.

Həmin gün prezident Volodimir Zelenski qanunu imzalayıb.

Qanuna əsasən, İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun prokurorları ölkənin baş prokuroruna tabe olur. Baş prokuror eyni zamanda Milli Antokorrupsiya Bürosunun fəaliyyətinə müdaxilə edə biləcək, hətta aparılan bəzi işləri onlardan ala və başqa strukturlardakı prokurorlara verə biləcək.

Qanunun prezident tərəfindən imzalandıqdan sonra Ukraynanın bir sıra şəhərlərində etiraz aksiyaları təşkil olunub. Aksiya iştirakçılarının tələbləri arasında prezident ofisinin rəhbəri Andriy Yermakın istefası və yeni qanunun ləğvi var.

Kiyev meri Vitali Kliçko və onun qardaşı Volodimir (hər ikisi boks üzrə keçmiş dünya çempionlarıdır - red.) də etirazçıları dəstəkləyiblər.

Oxşar xəbərlər

Ukraynada antikorrupsiya qurumlarının müstəqilliyini itirməsi kütləvi etirazlara səbəb olub
Ermənistanın Antikorrupsiya Komitəsi bir sıra dövlət qurumlarında yoxlamalar aparacaq
Baş Prokurorluğun idarə rəisi Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarəetmə Şurasına seçilib
Zelenski: Almaniya və Norveç Ukrayna üçün "Patriot" alacaq
Zelenski Ukrayna ordusunun Rusiyadakı fəallığını izah edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər