“Mossad” rəhbəri Romada tərəflərlə Qəzza zolağındakı vəziyyəti müzakirə edib
İsrail kəşfiyyat xidməti “Mossad”ın rəhbəri David Barnea, Qəzza zolağındakı vəziyyəti həll etmək üçün Romada görüş keçirib.
APA TASS-a istinadən xəbər verir ki, görüşlər önümüzdəki günlərdə də davam edəcək. Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Ofisdən bildirilib ki, tərəflər təklif olunan sazişin qeyd olunduğu sənədi müzakirə ediblər.
İsrailin baş naziri Benyamin Netanyahu iyulun 26-da Floridada ABŞ-ın sabiq prezidenti Donald Trampla görüşündə bildirib ki, o, Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmanı müzakirə etmək üçün danışıqlar aparacaq komandanı Romaya göndərəcək.
“Axios” portalının həmin gün ABŞ və İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Qəzza zolağında atəşkəs haqqında razılığa gəlmək üçün iyulun 28-də Romada İsrail, Misir və Qətər nümayəndələri ilə görüşəcək.
Oxşar xəbərlər
Bayden: “İranın açıq təhdidləri qarşısında İsraili tam dəstəkləyirik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu Qəzza danışıqlarına nümayəndə heyəti göndərmək qərarına gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Romada İsrail, ABŞ, Qətər və Misirin iştirakı ilə Qəzza ilə bağlı toplantı başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mossad rəhbəri Qəzza danışıqları üçün Romaya gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












