Bayden: “İranın açıq təhdidləri qarşısında İsraili tam dəstəkləyirik”
ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı tərəflər İranın İsrailə və İsrail xalqına qarşı açıq təhdidlərini müzakirə ediblər.
"Prezident Bayden ABŞ-nin bu təhdidlər qarşısında İsraili güclü şəkildə dəstəklədiyini açıqlayıb", - Ağ Ev qeyd edib.
İki ölkə lideri Qəzza zolağındakı vəziyyəti də müzakirə edib.
“ABŞ lideri Qəzza zolağında humanitar işçilərə hücumların qəbuledilməzliyini vurğulayıb, eləcə də sözügedən bölgədə ümumi humanitar vəziyyətə diqqət çəkib”, - məlumatda deyilir.
Co Bayden bildirib ki, İsrail mülki şəxslərə və humanitar işçilərə mümkün zərərin qarşısını almaq üçün konkret addımlar atmalıdır.
Oxşar xəbərlər
Bayden: "Ukraynadakı münaqişə NATO-nu təhdid edir"
Bayden Netanyahuya humanitar işçilərə hücumların qəbuledilməz olduğunu söyləyib
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq”
Ağ Ev: Vaşinqton İsrailə silah tədarükünü məhdudlaşdırmaq niyyətində deyil
Ərdoğan Əbdülfəttah əs-Sisi ilə Qəzzaya humanitar yardım məsələsini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
-
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
-
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib
-
Sumqayıtda 91 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
-
Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.12.2024)