Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
dek
2025
18:11
0
0
16 555
ff aaaaaaa

Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik

24 dek, 2025
18:11
16 555

Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik

Ermənistanla sülh prosesinin təşəbbüskarı Azərbaycan olub.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə deyib.

O qeyd edib ki, bunu hamı bilir və bilməlidir:

"Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik. Ancaq biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul