Netanyahu Qəzza danışıqlarına nümayəndə heyəti göndərmək qərarına gəlib
sizinxeber.az xəbər saytı

Netanyahu Qəzza danışıqlarına nümayəndə heyəti göndərmək qərarına gəlib


İsrailin baş naziri Benyamin Netanyahu iyulun 25-də Qəzza razılaşması ilə bağlı danışıqları davam etdirmək üçün İsrail nümayəndə heyətini göndərməyi əmr edib.

APA xəbər verir ki, Baş nazirin ofisi Netanyahunun iyulun 21-də danışıqlar qrupunun üzvləri və ölkənin təhlükəsizlik sisteminin nümayəndələri ilə məsələni ətraflı müzakirə etdiyini açıqlayıb.

Məlumatda həmçinin qeyd olunur ki, Baş nazirin danışıqlar qrupu ilə görüşü zamanı Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsi məsələsi də müzakirə olunub.

Netanyahunun iyulun 22-də ABŞ-a uçacağı və iyulun 23-də Ağ Evin rəhbəri Co Baydenlə görüşəcəyi bildirilir.

Netanyahunun iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxışı planlaşdırılır.

Oxşar xəbərlər

Bayden: “İranın açıq təhdidləri qarşısında İsraili tam dəstəkləyirik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu iyulun 23-də ABŞ-da Baydenlə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ iyulun 1-dək Rusiya aktivlərindən Ukraynaya vəsait köçürüləcəyinə ümid edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramil Usubov Gürcüstanın müdafiə naziri ilə strateji əməkdaşlıq əlaqələrini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər