Əsədin devrilməsindən sonra Suriyaya 16 milyard dollar sərmayə cəlb olunub
sizinxeber.az xəbər saytı

Əsədin devrilməsindən sonra Suriyaya 16 milyard dollar sərmayə cəlb olunub


Suriyada keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonrakı yarım il ərzində ölkəyə 16 milyard dollar dəyərində sərmayə və beynəlxalq yardım daxil olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “The National” nəşri məlumat yayıb.

Ən iri sərmayəçi isə Qətərin UCC Holding şirkəti olub. Şirkət Suriyada 4 qaz elektrik stansiyası və 1 QVt gücündə günəş elektrik stansiyası inşa etməyi planlaşdırır. Bu layihələr üçün ümumilikdə 7 milyard dollar vəsait ayrılıb.

Digər investisiyalar əsasən infrastrukturun bərpası, təhsil və səhiyyə sistemlərinin modernləşdirilməsi, eləcə də enerji və kənd təsərrüfatı sahələrində həyata keçiriləcək layihələrə yönəldiləcək.

“The National” qeyd edir ki, Əsəd rejiminin süqutu beynəlxalq donorların və sərmayəçilərin Suriyaya marağını kəskin şəkildə artırıb. Hazırda ölkədə iqtisadi sabitlik və təhlükəsizlik sahəsində müəyyən irəliləyiş müşahidə olunur.

Oxşar xəbərlər

Suriya Əsəd rejiminin devrilməsindən sonra 16 milyard dollar investisiya cəlb edib
Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub
Stefanie Stallmeister: Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafı üçün 44 mlrd. dollar tələb olunur
ABŞ-də süni intellektin inkişafına 500 milyard dollar sərmayə qoyacaq şirkət yaradılacaq
Tramp: Gömrük rüsumları ABŞ-a gündəlik 2 milyard dollar qazandırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle