Hindistan Pakistana gedən təyyarələr üçün hava məkanını bağlayır
sizinxeber.az xəbər saytı

Hindistan Pakistana gedən təyyarələr üçün hava məkanını bağlayır


Hindistanın aviasiya səlahiyyətliləri iki ölkə arasında gərginliyin pisləşməsi fonunda aprelin 30-dan mayın 23-dək Pakistanla əlaqəli təyyarələr, o cümlədən hərbi təyyarələr üçün hava məkanını bağlayacaqlar.

Sizinxeber.az xəbər verir ki, bu haqda NOTAM aviasiya bildirişində (Noice to Airmen, uçuş təhlükəsizliyi bildirişi) məlumat verilib.

"Hindistan hava məkanı Pakistan aviaşirkətləri və ya hərbi uçuşlar da daxil olmaqla Pakistan hava yolları və operatorları tərəfindən idarə olunan, mülkiyyətində olan və icarəyə götürülən Pakistanda qeydə alınmış bütün təyyarələr üçün bağlıdır. Məhdudiyyət 30 aprel 2025-ci il... 23 may 2025-ci il tarixləri arasında qüvvədə olacaq... bitmə tarixi şərtidir", - bildirişdə deyilir.

Oxşar xəbərlər

Hindistan Pakistan üçün hava məkanını və limanlarını bağlaya bilər
Hindistan hava məkanını Pakistan təyyarələri üçün bağlamağı planlaşdırır
Hindistan öz vətəndaşlarını tezliklə Pakistanı tərk etməyə çağırıb
Rusiya hərbi təyyarəsi Yaponiyanın hava məkanını pozub
Hindistan-Pakistan sərhədində atəşkəs ardıcıl beşinci gecədir pozulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər