Türkiyə Prezidenti ilk fürsətdə Trampla görüşəcəyini bildirib
sizinxeber.az xəbər saytı

Türkiyə Prezidenti ilk fürsətdə Trampla görüşəcəyini bildirib


​Türkiyə və ABŞ prezidentlərinin görüşü üçün hazırlıqlar davam edir.

Sizinxeber.az-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.

O, Trampla ilk fürsətdə görüşəcəyini vurğulayıb.

Ərdoğan iki ölkə arasında münasibətlərin dərin köklərə malik olduğunu da qeyd edib.

“Danışacağımız mövzular və atacağımız çoxlu addım var. Bu səbəbdən nazirliklərimiz Türkiyə ilə ABŞ arasında münasibətlərin gedişatını formalaşdıracaq görüş üçün işlərini davam etdirir. Bunun vaxtı da həmin hazırlıqlar çərçivəsində müzakirə edilir. Cənab Trampla telefon diplomatiyası vasitəsilə vaxtaşırı əlaqələrimiz var. İnanıram ki, dostum Tramp və mən yeni dövrdə ikitərəfli münasibətlərimizə çox fərqli bir impuls əlavə edəcəyik”, - Türkiyə Prezidenti bildirib.

Oxşar xəbərlər

Ərdoğan: Trampla dostluğumuzu davam etdirmək bizim üçün çox vacibdir
Ərdoğan və Donald arasında telefon danışığı baş tutub
Ərdoğan və Pezeşkian arasında telefon danışığı baş tutub
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Ərdoğan: Türkiyə hazırda İsraillə bütün əlaqələrini kəsib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle