İranın müxalifət lideri Mehdi Kərrubi ev dustaqlığından azad edilir
sizinxeber.az xəbər saytı

İranın müxalifət lideri Mehdi Kərrubi ev dustaqlığından azad edilir



İran müxalifətinin lideri 87 yaşlı Mehdi Kərrubi 14 il davam edən ev dustaqlığından azad olunacaq.

Sizinxeber.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.


2009-cu ildə prezident seçkilərinin nəticələrinə etiraz edən Kərrubi 2011-ci ildən ev dustaqlığında saxlanılırdı. Onun oğlu Hüseyn Kərrubi atasına qarşı məhdudiyyətlərin məhkəmə hakimiyyətinin qərarı ilə bu gün aradan qaldırıldığını bildirib.


Bununla yanaşı, təhlükəsizlik qüvvələri aprelin 8-dək onun evində qalaraq mühafizəni təmin edəcəklər.


Kərrubinin siyasi müttəfiqi, keçmiş baş nazir Mirhüseyn Musəvinin də yaxın aylarda ev dustaqlığından azad ediləcəyi gözlənilir.

İran Prezidenti Məsud Pezeşkian seçki kampaniyasında hər iki siyasətçinin azad olunacağına söz vermişdi.

Oxşar xəbərlər

İran Prezidenti: Azərbaycanla layihələrin gerçəkləşdirilməsi nəzərdən keçirilir
Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib
Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb
İtaliya İran vətəndaşını azad edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər