İtaliya İran vətəndaşını azad edib
İran İtaliyada həbsdə olan vətəndaşının ölkəyə qaytarıldığını açıqlayıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Sözçü İtaliyada həbsdə olan İran vətəndaşı Məhəmməd Abedini Nəcəfabadinin azad edilərək ölkəyə qayıtdığını açıqlayıb.
Qeyd edək ki, 38 yaşlı Məhəmməd Abedini Nəcəfabadini ABŞ-nin tələbi ilə keçən ay Milanda həbs edilib.
Məhəmməd Abedini Nəcəfabadi dron texnologiyasını İrana ötürməkdə ittiham olunurdu. Vaşinqton bildirib ki, texnologiya fevral ayında İordaniya-Suriya sərhədi yaxınlığında üç ABŞ əsgərinin ölümünə səbəb olan hücumda istifadə edilib. İran sözügedən ittihamı rədd edib.
Xatırladaq ki, İran yanvarın 8-də italiyalı jurnalist Sesiliya Salanı azad edərək İtaliyaya qaytarıb.
Oxşar xəbərlər
İtaliyalı jurnalist İran həbsxanasından sərbəst buraxılıb
İtaliya səfiri İran XİN-ə çağırılıb
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədi yanvarın ortalarında imzalanacaq
İtaliyalı jurnalistin həbsinə görə İran səfiri XİN-ə çağırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
