Ceyhun Bayramovun müavini: Dəməşqdə Azərbaycanın dövlətçiliyin bərpasında kritik mərhələyə qədəm qoyan Suriya ilə həmrəy olduğunu etdik
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramovun müavini: Dəməşqdə Azərbaycanın dövlətçiliyin bərpasında kritik mərhələyə qədəm qoyan Suriya ilə həmrəy olduğunu etdik


“Suriyaya səfərimiz zamanı dövlətçiliyin bərpası ilə bağlı kritik dönəmə qədəm qoyan buradakı bacı-qardaşlarımızla həmrəyliyini ifadə etdik”.

APA xəbər verir ki, bunu Suriyada səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “X” hesabında yazıb.

Nazir müavini adıçəkilən ölkənin müvəqqəti hökumətinə bu yolda uğurlar arzulayıb:

“Qonaqpərvərliyə görə əziz qardaşlarımıza təşəkkür edirəm. Dəməşqdə biz Azərbaycan Respublikasının dövlətçiliyin bərpası ilə bağlı kritik mərhələyə qədəm qoyan Suriyalı bacı-qardaşlarımızla həmrəy olduğunu etdik. Bu önəmli başlanğıcda sizə uğurlar arzulayırıq”.

Xatırladaq ki, səfər çərçivəsində Yalçın Rəfiyevlə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş olub.

Y. Rəfiyev Azərbaycanın yeni yaranmış vacib mərhələdə, eləcə də Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub.

Nazir müavini, həmçinin torpaqlarını işğaldan azad etmiş Azərbaycanın bərpa və quruculuq sahəsindəki təcrübəsinin Suriyanın bərpası prosesində istifadə oluna biləcəyinə diqqət çəkib.

Oxşar xəbərlər

Azərbaycan XİN rəhbərinin müavini Suriyaya gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyada Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya XİN: Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi əhəmiyyətli hadisədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya xarici işlər naziri Azərbaycana səfərə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN rəhbərinin müavini Qətərə səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər