Türkiyə Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Bakıya araşdırma qrupu göndərir
sizinxeber.az xəbər saytı

Türkiyə Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Bakıya araşdırma qrupu göndərir


“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət araşdırma qrupunu Bakıya göndərir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib.

Nazir qeyd edib ki, nümayəndə heyəti bu gün axşam saatlarında Bakıya yola düşəcək və sabahdan etibarən öz təcrübə sahələrinə uyğun olaraq insidentin bütün aspektlərini araşdırmaq üçün Azərbaycanın hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə işləyəcək.

“Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allahdan rəhmət, azərbaycanlı qardaşlarımıza şəfa diləyirik”, - Uraloğlu qeyd edib.

Oxşar xəbərlər

Hadisəni araşdırmaq üçün Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər - YENİLƏNİB
Prezident təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb
TDT Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib
FHN: Qəzada xəsarət almış vətəndaşlar Aktauda olan xüsusi təyyarə ilə Bakıya yola düşüb - FOTO
Dövlət Departamenti: ABŞ təyyarə qəzası ilə bağlı Azərbaycan və Qazaxıstana kömək etməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər