Paraqvay səfirliyini Təl-Əvivdən Qüdsə köçürməklə bağlı qərar qəbul edib
Paraqvay İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməklə bağlı qərar qəbul edib.
Sizinxeber.az xəbər verir ki, Fələstin qərara sərt reaksiya verərək bunun beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinin açıq şəkildə pozulması kimi qiymətləndirib.
Fələstinin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Paraqvayın tarixin yanlış tərəfində durduğu bildirilib.
Qeyd edək ki, Paraqvayın Təl-Əvivdəki səfirliyi dünən təşkil edilən mərasimlə yenidən Qüdsə köçürülüb.
Qərbi Qüdsdə keçirilən açılış mərasimində Paraqvay prezidenti Santiaqo Pena və İsrailin baş naziri Benyamin Netanyahu iştirak ediblər.
Xatırladaq ki, Paraqvay 2018-ci ilin mayında səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb. Bu addımdan təxminən 6 ay sonra səfirlik yenidən Təl-Əvivə köçürülüb.
Beləliklə də Paraqvay ABŞ, Qvatemala, Honduras, Kosovo və Papua Yeni Qvineyadan sonra səfirliyini Qüdsə köçürən altıncı ölkə olub.
Oxşar xəbərlər
Paraqvay Prezidenti G20 sammitindən xəstəxanaya göndərilib
Paraqvay lideri “G20” sammitini təcili yardım maşını ilə tərk edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
