Ərdoğan: Efiopiya ilə Somali Ankarada danışıqlar nəticəsində iki ölkə arasındakı böhranın həllinə dair razılıq əldə edib
sizinxeber.az xəbər saytı

Ərdoğan: Efiopiya ilə Somali Ankarada danışıqlar nəticəsində iki ölkə arasındakı böhranın həllinə dair razılıq əldə edib


Efiopiya ilə Somali Ankarada keçirilən danışıqlar zamanı iki ölkə arasındakı böhranın həllinə dair razılıq əldə edib.

Sizinxeber.az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Rəcəb Tayyib Ərdoğan Ankarada iki ölkə lideri ilə keçirdiyi görüşün nəticələrinə dair açıqlamasında bildirib.

O qeyd edib ki, bu istiqamətdə yeni başlanğıcın addımları Ankarada atıldı:

“Hər iki ölkənin dəyərli töhfələri ilə biz bu gün razılaşdığımız ortaq bəyanat mətnini hazırlamışıq. Bu ortaq bəyanatda keçmişə deyil, gələcəyə diqqət yetirilir və bizim üçün çox vacib olan bu iki dost ölkənin bundan sonra quracağı prinsiplər qeyd olunur. İnanıram ki, bu bəyanat gələcək dövrdə regionda qarşılıqlı hörmət əsasında əməkdaşlıq, iqtisadi inkişaf və tərəqqi üçün möhkəm zəmin yaradacaq”.

Oxşar xəbərlər

Ankarada Türkiyənin vasitəçiliyi ilə Somali və Efiopiya arasında növbəti danışıq baş tutub
Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb
“3+3” əməkdaşlıq platformasın nəticələrinə dair birgə bəyanat qəbul edilib
Ərdoğan Ankarada baş vermiş terror aktı ilə bağlı təhlükəsizlik toplantısı keçirəcək
“3+3” əməkdaşlıq platformasının nəticələrinə dair birgə bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər