Ərdoğan: TUSAŞ-a qarşı terror hücumu müdafiə təşəbbüslərini hədəf alan alçaq bir hücumdur
“TUSAŞ-a qarşı terror hücumu millətin hüzurunu və “Tam Müstəqil Türkiyə” anlayışının simvolu olan müdafiə təşəbbüslərini hədəf alan alçaq bir hücumdur”.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.
Qeyd olunub ki, terror aktının baş verdiyi ilk andan təhlükəsizlik qüvvələri operativ şəkildə müdaxilə edərək terrorçuları zərərsizləşdirib.
“Millətimiz bilməlidir ki, Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq. Təhlükəsizliyimizi hədəfləyən heç bir quruluş, heç bir terror təşkilatı, heç bir şər mənbəyi öz məqsədlərinə çata bilməyəcək. Hər cür terror təhdidlərinə və onların dəstəkçilərinə qarşı mübarizəmiz qətiyyətlə və çoxölçülü şəkildə davam edəcək. Xain terror aktında şəhid olan qardaş-bacılarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”, - deyə paylaşımda vurğulanıb.
Oxşar xəbərlər
Türkiyə SQ İraq və Suriyada 17 terrorçu zərərsizləşdirib
Türkiyədə terror aktı nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB-3
Ərdoğan İsrailin Livana hücumunu pisləyib
Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
