İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb  - VİDEO
sizinxeber.az xəbər saytı

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - VİDEO


Rusiyanın TASS agentliyi İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqin qərbindəki Məzzə bölgəsində yaşayış binasına endirdiyi zərbə yerindən ilk görüntüləri yayıb.

Sizinxeber.az xəbər verir ki, Suriya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 7 dinc sakin həlak olub, 11 nəfər isə yaralanıb.

“Al Hadath” telekanalı mənbələrə istinadən daha əvvəl bu binanın İranın Suriyadakı səfirliyindən 1 km-dən az məsafədə yerləşdiyini bildirmişdi.

***

22:06

İsrail İranın Suriyadakı səfirliyi yaxınlığına hava zərbələri endirib.

Sizinxeber.az xəbər verir ki, İsrail Suriyanın paytaxtı Dəməşqin Məzzə bölgəsindəki yaşayış binasına hava zərbələri endirib.

“Tasnim”in məlumatına görə İsrailin İranın Dəməşqin Məzzə bölgəsində yerləşən səfirliyi yaxınlığına hücumu zamanı15 nəfər yaralanıb.

“Al Hadath” telekanalı isə İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdə yaşayış binasını vurması nəticəsində azı 4 nəfərin həlak olduğunu yazıb.

Oxşar xəbərlər

İsrail İranın Suriyadakı səfirliyinin yaxınlığına hava zərbələri endirib, ölənlər və yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəsrullahın kürəkəni İsrailin hava hücumu nəticəsində həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyada yaşayış binasına aviazərbə nəticəsində 3 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Yəmənə endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Yəmənə endirdiyi zərbələr nəticəsində 6 nəfər ölüb, 80 nəfər yaralanıb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər