İsrail ordusu Beyrutdakı “Hizbullah” hədəflərini vurub
sizinxeber.az xəbər saytı

İsrail ordusu Beyrutdakı “Hizbullah” hədəflərini vurub


İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın Beyrutdakı hərbi obyektlərinə yeni hücumlar həyata keçirib.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə onların hədəfləri Beyrutda “Hizbullah”ın hərbi qanadının kəşfiyyat qərargahı, kəşfiyyat məlumat toplama obyektləri, komanda mərkəzləri və təşkilatın istifadə etdiyi digər infrastruktur obyektləri olub.

Bundan əlavə, son bir neçə saat ərzində Beyrut ərazisində “Hizbullah”ın silah anbarlarına da hava zərbələri endirilib. İsrail ordusundan verilən açıqlamaya görə, bu zərbələrdən sonra orada silahların olduğunu göstərən ikinci dərəcəli partlayışlar qeydə alınıb.

Al Wataniya xəbər verir ki, şəhərin cənub kənarında yerləşən “Mahallat al-Ruvais” və “Əl-Amrousiya” bölgələrində binalar hava hücumlarına məruz qalıb.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Beyrutun cənubundakı “San-Terez” ətrafında “Hizbullah” hədəflərinə altı hədəfə zərbə endirib. Bu barədə “Al Wataniya” agentliyi məlumat yayıb.

Oxşar xəbərlər

İsrail ordusu Beyrutda "Hizbullah"ın kəşfiyyat qərargahına və rabitə mərkəzinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Hizbullah hədəflərinə yeni silsilə hava zərbələri endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu 2 saat ərzində Livandakı 100-ə yaxın hədəfi vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail qırıcıları Livanda "Hizbullah"ın 100-ə yaxın hədəfini vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu “Hizbullah”ın daha bir komandirini öldürdüyünü açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər