Çin və Filippin dəniz polisinin qayıqları toqquşub
Cənubi Çin dənizində Çin və Filippin dəniz polisinin qayıqları toqquşub.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Sahil Mühafizəsi Administrasiyasının rəsmi nümayəndəsi Qan Yu bildirib.
Onun sözlərinə görə, Filippinin 4410 nömrəli qayığı Çin tərəfinin dəfələrlə ciddi xəbərdarlıqlarına məhəl qoymayıb, qeyri-peşəkar və təhlükəli şəkildə Çin hüquq-mühafizə orqanlarının 21551 nömrəli qayığını bilərəkdən vurub.
Qan Yu hadisəyə görə bütün məsuliyyəti Filippin tərəfinin daşıdığını deyib. O, Çin sahil mühafizəsinin artıq lazımi nəzarət tədbirləri gördüyünü vurğulayıb.
Qeyd edək ki, Çin bundan əvvəl də Filippini ölkənin hava məkanını pozmaqda ittiham etmişdi. Pekin avqustun 8-də Filippin Silahlı Qüvvələrinə məxsus təyyarənin Cənubi Çin dənizində Çinin hava sərhədlərini pozduğunu açıqlamışdı.
Oxşar xəbərlər
Filippin, Kanada, ABŞ və Avstraliya Cənubi Çin dənizində ilk birgə hərbi təlimə başlayıb
Türkiyənin hərbi gəmisi Gürcüstanın ərazi sularına daxil olub
Kursk səmasında 19 PUA zərərsizləşdirilib
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













