WP: İsrail Haniyənin aradan götürülməsi barədə dərhal ABŞ rəsmilərinə məlumat verib
İsrail dərhal Amerika rəsmilərinə HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə dair məlumat verib.
APA xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadən məlumat verib.
Qəzet qeyd edir ki, İsrail hadisə ilə bağlı şərh verməkdən imtina etsə də, dərhal ABŞ-ı bu hadisədəki rolu barədə məlumatlandırıb.
Mənbələrin bildirdiyinə görə, Ağ Ev rəsmiləri Haniyənin aradan götürülməsinə təəccüb və qəzəblə reaksiya verərək bunu Qəzzada atəşkəsə nail olmaq səylərində geri addım kimi qiymətləndiriblər.
“Washington Post” qeyd edir ki, məlum hadisəyə qədər ABŞ rəsmiləri bu istiqamətdə müəyyən irəliləyiş əldə etdiklərinə inanırdılar.
İsrail artıq HƏMAS Siyasi Bürosunun yeni rəhbərinin aradan qaldırılmasını tələb edib. Yəhya əs-Sinvar İsmayıl Haniyənin ləğvindən sonra Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri seçilib. Əl-Sinvar bundan əvvəl Qəzza zolağında hərəkatın lideri olub.
Oxşar xəbərlər
NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu: İsmayıl Haniyənin ölümünə görə məsuliyyət daşımırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail növbəti qərara qədər atəşkəs danışıqlarını dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsmayıl Haniyənin yerinə Yəhya Sinvar HAMAS Siyasi Bürosunun rəhbəri seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə bir günlük matəm elan olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












